Bələdçi sifarişi

Ölkəmiz qədim tarixə və gözəl təbiətə malikdir. Hər bir qarışının öz tarixçəsi və dövrü vardır. Azıx mağası dövründən müasir tarixə qədər uzun və rəngarəng tarixmiz vardır. Qədim insanların Qobustanda çəkdiyi rəsmlər, daş kitabələr, Şirvanşahlar, Bayıl qalası, palçıq vulkanları, Neft daşları və s. haqqında informasiya həddən artıq çoxdur. Bütün bu kimi məkanlar və tarixi hadisələr haqqında ətraflı məlumat almaq üçün sizə profissional bələdçi təklif edirik. Bələdçi xidmətiniz sifariş verməklə siz səyahətiniz zamanı meydana çıxan hər suala cavab tapa biləcəksiniz.