Bakı Flame Towers

Sirli və mistik “qara qızıl” olan neft pulları ilə şəhər Bakı – Şərqdə ən ekzotik və cazibədər şəhərlərdən biri hesab olunur. Lakin zəngin mədəniyyət, tarixi abidələr, qonaqpərvərlik, və dadlı mətbəx ilə Bakının maceraları bitmir. Odlar ölkəsinin dəniz sahilində yerləşən bu şəhərdə yaşayan sakinlərin sinəsində heyacanlandırıcı enerjı var. Bunun sübutu dünya memarlığın ən yeni binası da sübut edir, bu bina Bakını rəmzinə qısa zamanda çevrilib. Və bu binanln adı belə binanın formasına uyğundur – Flame Towers, yani alov qüllələri – üç iri binanın forması alova bənzədiyi üçün bu ad verildi.

Bu qüllələr şəhərin istənilən nöqtəsində görsənir, gecə işıqlandırması isə bu bina həddindən çox alova bənzədir. Ətrafı qırmızı işıqlar ilə bənzəyən bu binalar gecə vaxtı gözoxşayan mənzərə bəxş edirlər. Mənzərə mükəmməldir – və ən əsas pulsuzdur. Hər axşam fasadın LED monitorlarında daimi alovun hərəkəti nümayiş olunur. Bu mənzərəyə seyr etdikdə üç iri binanın sanki  alova döndüyünü görəcəksiniz.

Məşhur skyscrapercity.com forumda keçirilən sorğuya əsasən Alov qüllələri ən yaxşı bina seçildi.

Gözəl məkanda bu mənzərəyə seyr etmək üçü Hilton otelin barına üz tuta bilərsiniz.

Alov qüllələri özündə Fairmont oteli, ofis və yaşayış yerlərini birləşdirir.Kompleksin inşası 5 il çekdi, 2007 – 2012, lakin öncədən tikinitini 2010 ildə bitirməyi planlaşdırırdılar.  Qüllələrin bir birinə çox bənzəməsinə baxmayaraq , onların hündürlüyü fərqlənir (20-30 sm). Hündürlükləri – 140, 160, 190 m təşkil edir.

Yerli sakinlər bu binanın xarici görünüşünü Bakının gerbinə oxşadırlar, gerbin üzərində olan alov ilə.

Alov qüllələri. Necə çatmaq?

Ünvan: Mehdi Hüseynzadə, 1A. Ən asan yol şəhər funiklyoru ilə qalxmaq, lakin binanın yanında baxılası heç bir şey yoxdur istisna Fairmont oteldə qalmaq. Ən gözəl mənzərə bu binaya sahil ərazisindən açılır. Bu binaya daha şıq mühütdə seyr etmək üçün Hilton otelin barına üz tuta bilərsiniz.