Bakı – Crystal Hall

2011ci  ildə azərbaycanlı duet Ell və Nikki Eurovision yarışmasında qalib gəldilər. Yarışmada qalib gələn ölkə Eurovision yarışmasını öz ölkəsində keçirtməlidir. Bakı bu yarışma üçün yeni romantik –adlı Crystal hall konsert arenasını inşa etdi. Crystal hall Bayraq meydanında yerləşir və bu yarışa sayəsində Bakı daha bir unikal bina əldə etmiş oldu. Bu binanın fasadı taraşlı mineral formasındadır.

Nəyə baxmaq olar?

Bu arena ən son texnologiya cihazları ilə təmin olunib, bu cihazlar istənilən vizual görüntülər ərsəyə gətirir. Polad konstruksiyalardan ibarət xarici görünüş özündə 10 min ədəd LED işıqlar birləşdirir.Bu işıqlar gecə vaxtı ətrafı müxtəlif işıq effektləri ilə bəzəyir. Bu son deyil. Kompleksin yuxarısında projektorlar var, onlar göyə nazik işıq effektləri göndərirlər və bu işıqlar şəhərin müxtəlif yerlərində görsənirlər.

Daxili hissədə Crystal hall çox sadədir, bu arenanı çox sürətli şəkildə inşa ediblər. Bəlkədə sadə olması yaxşıdır, bu tamaşaçıların diqqətini səhnədən yayındırmır. 27 min tamaşaçı (15 min tribunlar, 12 min ümumi zonada ) bu arenada yerləşə bilərlər.

Bu arena müvəqqəti bina kimi nəzərdə tutulurdu, lakin sonra bu binanı saxlamaq qərarına gəldilər. Bəzi düzəlişlərdən sonra, mütəxəssislər bu binanı əlavə 30-40 il işlətməyi mümkün olacağını bildirdilər. Qısa müddətdə bu arenada Eurovision mügənnilər ilə yanaşı Jennifer Lopez, Rihanna, Şakira, Kristina Aqilera kimi məşhur mügənnilər çıxış etmişdilər. Üstəli Baku 2015 və Şaxmat olimpiadası da burada keçirildi.